Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama

Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama

Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Bu barədə körpüyə girişlərdəki vəziyyətlə bağlı məlumat yayan rəsmi "Telegram" kanalında qeyd olunub.

Bildirilib ki, avtomobil nəqliyyatı üçün keçid müvəqqəti bağlanıb. Məhdudiyyətin tətbiq olunmasının səbəbi açıqlanmayıb.

Hazırda körpüdə və ya yoxlama məntəqələrində olan sürücü və sərnişinlərə sakitliyi qorumaq, nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmək tövsiyə olunub.

Hərəkətin nə vaxt bərpa ediləcəyi barədə hələlik məlumat verilməyib.

Müəllif: Adəm

Mənbə: publika.az