Lənkəranda açıq ərazidə yanğın - VİDEO

Lənkəranda açıq ərazidə yanğın -

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.


Mənbə: bizim.media