İrkutsk vilayətində meşə yanğınlarını izləyən və iki gün əvvəl əlaqə kəsilən "Cessna 182B" tipli yüngülmühərrikli təyyarə tapılıb.
Bu barədə “Baza” məlumat yayıb.
Məlumata görə, təyyarənin müşahidəçi-pilotu və komandiri Bodoybo şəhərindən 90 km məsafədə, əlverişsiz hava şəraitində təcili eniş edə biliblər. Onlar iki gün ərzində meşədə rabitə olmadan qalıblar.
Pilotlar öz yerlərini müəyyən edib xilasetmə xidmətinə məlumat verməyə çalışıblar. Nəhayət, onlar təpəyə qalxaraq özləri yığdıqları radio stansiya vasitəsilə koordinatlarını verə biliblər.
Hazırda xilasetmə qrupları artıq onların olduğu yerə yola düşüb.
Mənbə: musavat.com