Gəncədə güclü yağış fəsadlar törətdi - Evlərə su doldu+Video

Gəncədə güclü yağış fəsadlar törətdi -

Gəncədə dünən gecə başlayan yağışlı hava şəraiti bir sıra problemlərə səbəb olub.

Nəriman Nərimanov 136 saylı prospektdə bəzi evlər su ilə dolub.

İlkin məlumata görə, yağış suları üç evdə ciddi problemlər yaradıb.

Belə ki, dam örtüyü yararsız olduğundan su evlərə axıb.

Sakinlər mövcud vəziyyətə görə çıxılmaz vəziyyətdə qaldıqlarını bildiriblər.

Yunis Quliyev


Mənbə: qafqazinfo.az