Gəncədə iki nəfəri maşın vurdu

Gəncədə iki nəfəri maşın vurdu

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Seymur Məmmədovu və 1973-cü il təvəllüdlü Elçin Şirinovu vurub.

Hər iki şəxs xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az