Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir

Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı -

Lənkəranda axtarışda olan gənclərin meyitləri tapılıb.

Hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.

Belə ki, bir neçə gündür ailə üzvləri tərəfindən axtarışda olan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun “İbadi” deyilən meşəlik ərazidə tapılıb.

Hazırda onların ölüm səbəbləri araşdırılır.

Surxay Şahbazov

Mənbə: qafqazinfo.az