Övladlarından ayrı düşən ana uşaqlarına qovuşdu - RƏSMİ

Övladlarından ayrı düşən ana uşaqlarına qovuşdu - RƏSMİ
Övladları əlindən alınan ana azyaşlı uşaqlarına qovuşub.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, sosial şəbəkələrdə iki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı bir ananın videomüraciəti yayılmışdı.

Övladlarından ayrı düşən ana uşaqlarına qovuşdu - RƏSMİ

"Məsələ ilə bağlı daha sonra qadın Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə - 116111 müraciət edərək 7 və 4 yaşlı övladları ilə görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirmişdi. Qadının müraciəti əsasında məsələ aidiyyəti qurumlara yönləndirilib, uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil verilib.

Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana iki uşağına qovuşub. Uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsizliyinin və onların ali mənafelərinin təmin olunması istiqamətində daxil olan hər bir müraciət diqqətdə saxlanılır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Gəncədə yaşayan iki uşaq anası 24 yaşlı Jalə Adil qızı Ağayeva övladlarının atası tərəfindən qaçırıldığından şikayətçi olmuşdu.

Mənbə: oxu.az