Sumqayıtda 17 yaşlı qız itkin düşdü

Sumqayıtda 17 yaşlı qız itkin düşdü

Sumqayıt şəhərində gənc qız itkin düşüb.

Hadisə şəhərin 30-cu məhəlləsində baş verib. Şəhər sakini 2009-cu il təvəllüdlü Dəniz Elçin qızı Mansurlu avqustun 18-də, səhər saat 11 radələrində yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb.

Yeniyetmənin ailə üzvləri hadisə barədə polisə məlumat verib. ​Dəniz Mansurlunu görənlərdən 0556151561 nömrəsi ilə əlaqə saxlamaları və ya Sumqayıt Şəhər Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Mənbə: oxu.az