Rusiyada FTX generalının evdən MEYİTİ TAPILDI - FOTO

Rusiyada FTX generalının evdən MEYİTİ TAPILDI - FOTO
Rusiyada Federal Təhlükəsizlik Xidmətinin təqaüddə olan general-mayoru İqor Laptev Moskvada intihar edib.

Bu barədə Lenta.ru-ya istinadən məlumat verilir.

Məlumata görə, 83 yaşlı general Verxnyaya Krasnoselskaya küçəsindəki mənzilində ölü tapılıb.

Rusiyada FTX generalının evdən MEYİTİ TAPILDI - FOTO

Hadisənin təfərrüatı barədə açıqlama verilmir.

Qeyd edək ki, İqor Laptev Əfqanıstanda döyüş əməliyyatlarında iştirak edib, daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətində və vergi polisində çalışıb. 1990-cı illərin sonlarında vergilər və rüsumlar nazirinin müavini vəzifəsində çalışıb, daha sonra "İnformtexnika" şirkətlər qrupunun direktorlar şurasının sədri olub. Laptev "Şərəf" ordeni ilə təltif edilib.

Mənbə: oxu.az