Qazax Rayon Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Hadisə bu gün baş verib.
Tovuz rayon sakini 1995-ci il təvəllüdlü R.Qarayevin xəstəxanada meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırmaya başlanılıb.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az