Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib.
"Teleqraf"a istinadən xəbər verilir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən "Gəmi" istirahət mərkəzində qeydə alınıb.
1962-ci il təvəllüdlü Sevda Çingiz qızı Nağıyeva istirahət mərkəzində qəflətən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: oxu.az