Bakının Səbail rayonunda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını pozması və qəzaya səbəb olmasının görüntüləri yayılıb.
Bibiheybət yolunda baş vermiş hadisədə gənc sürücünün təhlükəli manevr edərək dönməsi əks olunub. Həmin vaxt motosikletdəki sərnişinin kaskasız olması da diqqəti cəlb edib.
Qeyd edək ki, son vaxtlar paytaxtda və digər ərazilərdə motosikletlərin iştirakı ilə tez-tez qəzalar baş verir. Bu hadisələrin çoxuna motosiklet sürücülərinin qaydaları pozmasının səbəb olduğu bildirilir.
Mənbə: qafqazinfo.az