Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var

Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var
Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib.

"Report"a istinadən xəbər verilir ki, hadisə yataqxananın dəhlizində qeydə alınıb.

Yanğın zamanı yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Şahin Maşallah oğlu Hüseynov və onun anası, 1978-ci il təvəllüdlü Yusifə Nəsib qızı Hüseynova tüstüdən zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: oxu.az