Bayram Məmmədovun qardaşı da vəfat etdi - Anasını öldürmüşdü

Bayram Məmmədovun qardaşı da vəfat etdi - Anasını öldürmüşdü

Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.

Nocomment.az-a istinadən xəbər verilir ki, o, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.

Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.

Qeyd edək ki, avqust ayının 1-də Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.


Mənbə: unikal.az