Ağdaşda bir ailənin iki üzvü bıçaqlanıb.
Hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və onun 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarətlər yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən A.Əhmədovanın əri - 59 yaşlı Arzu Əhmədov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: oxu.az