Bərdə rayonunda "Toyota Prius" qəza törədib.
2000-ci il təvəllüdlü Elmir İnqilab oğlu Türbəndəyev idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndindən keçən hissəsində yolu keçən 1977-ci il təvəllüdlü İlyas Hüseyn oğlu Aslanovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə: azxeber.com