Bakıda mənzilini yandıran şəxs saxlanılıb

Bakıda mənzilini yandıran şəxs saxlanılıb

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb.

Yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub.

Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin olunub.

Mənbə: apa.az