Sumqayıt sakini sirkədən zəhərlənərək ölüb.
Avqustun 31-i saat 01 radələrində 1981-ci il təvəllüdlü Samir İsrafilov yaşadığı Xəzər bağlar sahəsindəki evdə sirkə turşusu içib.
O, xəstəxanaya çatdırılsa da, saat 10 radələrində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az