Maliyyəçi Ceffri Epşteynin qurbanlarından biri olan Rusiya vətəndaşı Yuliya Molçanova onun “toruna” necə düşdüyü barədə danışıb.
Bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.
Rusiyalı qadın bildirib ki, maliyyəçi ilə 2011-ci ildə Nyu-Yorkda tanış olub: 22 yaşlı qıza modalar institutunda təhsil almaqda köməklik göstəriləcəyi söz verilib, lakin o, əslində onun “assistentinə” çevrilib. Molçanovanın sözlərinə görə, Epşteyn onu az bir məbləğlə saxlayıb, xərclərini nəzarətdə saxlayıb və başqa qadınları onunla tanış etməyi tələb edib.
O, rusiyalı qadının bank hesabı vasitəsilə nəhəng məbləğlər dövr etdirib. Molçanova şübhəli tranzaksiyalara göz yumduğu üçün məhkəmədənkənar qaydada 72,5 milyon dollar ödəməyə razılıq vermiş “Bank of America”ya qarşı toplu iddiada əsas iddiaçı qismində çıxış edib.
2019-cu ildə ABŞ-də Epşteynə azyaşlıların cinsi istismar məqsədilə alverində ittihamlar irəli sürülüb. Həmin ilin iyulunda o, həbsxanada dünyasını dəyişib, istintaq intihar etdiyini bəyan edib.
Yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi skandal səbəbi ilə tanınan maliyyəçi Ceffri Epşteynin işi üzrə 3 milyon səhifədən çox sənədin dərc olunduğunu elan edib. Fevralın 15-də qurum faylların dərc edilməsini başa çatdırıb. Həmin sənədlərdə Donald Trampın, Barak Obamanın, Bill Qeytsin, İlon Maskın, Kim Kardaşyanın və digər tanınmış simaların adları çəkilir.
Hüseyn İbadlı
Mənbə: publika.az