Sakinləri hər gün kabab tüstüsünə tutan "Valentino" restoranından şikayət - VİDEO

Sakinləri hər gün kabab tüstüsünə tutan "Valentino" restoranından şikayət - VİDEO

Kababın tüstüsündən nə evdə oturmaq mümkündür, nə eyvanda. Yayın istisində də, qışın soyuğunda da mənzərə dəyişmir ki, dəyişmir. Mənzillərə hopan qoxu da bir yandan...

Xəzər Tv-yə istyinadən xəbər verilir ki, görüntülər paytaxtın Yasamal rayonu Fuad İbrahimbəyov ünvanındakı "Valentino" restoranındandır.

Bu ünvanda yaşayanlar deyirlər ki, restoranın təmizləyici qurğularının texniki göstəriciləri normalara uyğun deyil.

Restoranın adminstratoru Rəvanə Fətəliyeva isə deyir ki, onlar da sakinlərin narahatlığından xəbərdardırlar.


Mənbə: unikal.az