Husilər nəzarətə götürdükləri liman şəhəri Əl-Moxaya daxil olublar.
Bu barədə görüntüləri husilərlə əlaqəli media vasitələri yayımlayıb.
Qeyd edək ki, Yəmənin cənub qərbinə nəzarət edən husilər Bab əl-Məndəb boğazı yaxınlığındakı əl-Moxa liman şəhərini ələ keçiriblər.
Husilərin əl-Moxanı ələ keçirməsi Qırmızı dənizin cənub çıxışında yerləşən və dünyanın mühüm dəniz ticarəti marşrutlarından biri olan Bab əl-Məndəb boğazına nəzarət imkanlarını artırır.
Bizim.Media
Mənbə: bizim.media