"Sisakan dəstəsi"nin komandiri olan erməni hərbi canisi, Aşot Yerkat kimi tanınan Aşot Minasyan şərti olaraq azadlığa buraxılmayacaq.
Bu barədə Ermənistan mətbuatı yazıb.
Hakim Nelli Baqdasaryan Minasyanın vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı ərizəsini rədd edib. O, silah və sursat saxlamaq ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Sisakan dəstəsi" birinci və ikinci Qarabağ müharibələri zamanı Azərbaycana qarşı döyüşmüş erməni qanunsuz silahlı birləşmələrindən və könüllü dəstələrindən biridir.
Dəstə 1990-cı illərin əvvəllərində, Birinci Qarabağ Müharibəsi dövründə yaradılıb. Əsasən Ermənistanın Sisyan (Qarakilsə) rayonundan olan könüllülərdən təşkil olunub.
Mənbə: unikal.az