Yunanıstanın Afina şəhərində yaşayan 54 yaşlı Kristina Rapti-Dzelepi 22 il, 5 ay və 23 gün dondurulmuş vəziyyətdə qalan embrionun köçürülməsi nəticəsində qız övladı dünyaya gətirib.
Embrion 2004-cü ilin martında dondurulmuşdu və qadın həmin müalicə nəticəsində əvvəlcə oğul övladı sahibi olmuşdu, lakin ötən il oğlu yol nəqliyyat qəzasında həlak olub.
Oğlunu itirdikdən sonra ana qalan dondurulmuş embrionlardan birindən istifadə etmək qərarına gəlib və nəticədə çəkisi 3490 qram olan qız uşağı dünyaya gəlib.
Mənbə: bizim.media