Maşın yararsız hala düşsə də, özü yüngül yaralandı - Fotolar

Maşın yararsız hala düşsə də, özü yüngül yaralandı - Fotolar

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan iki “VAZ-2107” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində avtomobillərdən birinin 40 yaşlı sürücüsü, Tovuz rayon sakini Coşqun Zeynalov yüngül xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hazırda Coşqun Zeynalovun vəziyyəti stabil qiymətləndirilir.

Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri və digər hallar araşdırılır.



Mənbə: qafqazinfo.az