Naxçıvanda iki bacı bıçaqlandı

Naxçıvanda iki bacı bıçaqlandı

Naxçıvanın Kəngərli rayonunda iki qadın bıçaqlanıb.

Bıçaqlanma hadisəsi rayonun Qarabağlar kəndində qeydə alınıb.

Belə ki, rayon sakini 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızı və bacısı, 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızına bıçaqla xəsarət yetirilib. Bacılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə Adilə Ağayevanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az