Naxçıvanda ər arvadını və baldızını bıçaqladı

Naxçıvanda ər arvadını və baldızını bıçaqladı

Naxçıvan Muxtar Respublikasında bıçaqlanma hadisəsi baş verib.

Hadisə Kəngərli rayonunun Qarabağlar kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü İbrahim Əli oğlu Əliyev həyat yoldaşı, 1973-cü il təvəllüdlü Adilə Sabir qızı Ağayevanı və baldızı, 1977-ci il təvəllüdlü Ruhiyə Sabir qızı Quliyevanı bıçaqlayıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparır./Azərtac


Mənbə: yenisabah.az