Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Kiyev ballistik raketlərlə vuruldu –

Rusiya ordusu Ukraynanın Kiyev şəhərinə "Sirkon" ballistik raketləri ilə hücum edib.

Bu barədə teleqram kanalları məlumat yayıb.

Hücum enerji infrastrukturunu, xüsusilə də İEM-6-nı (6 nömrəli İstilik-Elektrik Mərkəzi) hədəf alır.

Enerji şəbəkəsinə endirilən zərbələrdən sonra Kiyevdə və ətraf bölgədə genişmiqyaslı elektrik kəsilməsi müşahidə olunur. Trolleybusların hərəkəti dayanıb, metro isə fasilələrlə işləyir.

"Ukrenergo" bərpa işlərinin artıq başladığını, lakin enerji təchizatının bərpasının xeyli vaxt aparacağını bildirib.


Mənbə: bizim.media