Xırdalandakı yanğın məhdudlaşdırıldı - YENİLƏNİB - FOTO

Xırdalandakı yanğın məhdudlaşdırıldı -

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


07:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media

Mənbə: bizim.media