Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonunda içərisində 10 nəfərin olduğu sərnişin mikroavtobusu dənizə düşüb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisəyə sürücünün sükan arxasında infarkt keçirməsinin səbəb olduğu bildirilir.
Hadisə nəticəsində 31 yaşlı sürücü Batuhan Yılmaz həyatını itirib. Mikroavtobusda olan bütün sərnişinlər, o cümlədən körpə uşaq xəsarət alıb.
Mənbə: bizim.media