Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb.

Qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib.

Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, təyyarə yerli qəbiristanlığın yaxınlığına düşüb.

Hadisənin Rusiyanın Ukraynadakı müharibədə həlak olan hərbçilərindən birinin dəfn mərasimi keçirilən vaxta təsadüf etdiyi bildirilir.

Mənbə: bizim.media