Bizim.Media xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
TƏBİB-dən bildirilib ki, hadisə zamanı 4 nəfər xəsarət alıb.
Bildirilib ki, Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) bu gün saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.
Fəridə
Mənbə: bizim.media