Bomba təhlükəsi səbəbindən Londondan uçan təyyarə Budapeştə endi

Bomba təhlükəsi səbəbindən Londondan uçan təyyarə Budapeştə endi

Londondan Bolqarıstanın paytaxtı Sofiyaya uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhlükəsi ilə əlaqədar Budapeştdə məcburi eniş edib.

Bu barədə Macarıstanın müdafiə naziri Rusin-Sendi məlumat verib.

Bildirilib ki, hava gəmisini müşayiət etmək üçün Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Gripen” qırıcısı havaya qaldırılıb.

Mənbə: bizim.media