ABŞ-də yaşayan keçmiş teleaparıcı Cim Donovan 1531 cüt corabla dünya rekorduna imza atıb.
Təxminən 40 il televiziya jurnalistikasında çalışan, “Emmi” mükafatı laureatı olan Donovana izləyiciləri daim corab göndəriblər.
Aparıcı kolleksiyasındakı ən sevimli nümunələri sosial şəbəkə hesabında paylaşmağa başlayıb.
Donovanın sevimli corabları arasında səhər proqramında işlədiyi dövrdə ona hədiyyə edilən səhər yeməyi təsvirli nümunələr var. Aparıcının bəyəndiyi digər corablar arasında 2025-ci ilin yayında Cənubi Afrikanın Keyptaun şəhərindən aldığı qırmızı fil təsvirli corablar da yer alır.
Cim Donovanın dünya rekordlarına marağı uşaqlıq illərindən başlayıb. O, 8 yaşında olarkən ailəsi ona “Ginnesin Rekordlar Kitabı”nı hədiyyə edib.
Əsmətxanım Rzazadə
Mənbə: yenisabah.az