Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi

Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu -

Paytaxtın Suraxanı rayonu ərazisində - Heydər Əliyev prospektinin “Buta Palace”ın qarşısından keçən hissəsində baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə sürücü 1999-cu il təvəllüdlü Fərid Məmmədova (soyadlar şərtidir) hökm oxunub.

Araşdırmalarla məlum olub ki, hadisə günü Fərid dostu Kənan və onun nişanlısı Türkanı Binə qəsəbəsinə aparıb. Onlar geri qayıdarkən Fəridin idarə etdiyi “Kia Forte” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə, 18 yaşlı Türkan aldığı xəsarətlərdən həlak olub.

Məhkəmədə mərhumun anası Fəriddən şikayətçi olduğunu bildirib. O, dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb edib.

Məhkəmənin hökmü ilə Fərid 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Məhkəmə mərhumun anasına 20 min manat təzminatın təqsirləndirilən şəxsdən tutularaq ödənilməsi ilə bağlı da qərar qəbul edib.

Mənbə: qafqazinfo.az