Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Milli Qəhrəman general-mayor Polad Həşimovun səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.

“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir.

Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, - açıqlamada deyilir.

Mənbə: qafqazinfo.az