Yaponiyada keçirilən ilin ilk hərracında 7 xüsusi yetişdirilmiş alma 100 min yenə (təxminən 1 063 manat) satılıb.
Hərrac Hokkaydo prefekturasının Hakodate şəhərindəki topdansatış bazarında təşkil olunub.
“Nanamitsuki” markalı almaların satış qiyməti ötən ilin rekord göstəricisini təkrarlayıb.
Almaları alan topdansatış şirkətinin nümayəndəsi meyvələrin dadını yüksək qiymətləndirərək onların bal kimi şirin olduğunu bildirib.
Yaponiyada xüsusi üsullarla yetişdirilən yüksəkkeyfiyyətli meyvələr müxtəlif vaxtlarda hərraca çıxarılır. Alıcılar yüksək qiymətə əldə etdikləri məhsullardan reklam və tanıtım məqsədilə də istifadə edirlər.
Mənbə: bizim.media

