Noyabrın 13-ü səhər saatlarında Moskvada avtomobil partlayıb.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində sürücü ağır xəsarət alıb və kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Telegram kanallarının yaydığı məlumata görə, Çertanovo rayonunda partladılan avtomobil vaxtilə Ukraynada dövlət vəzifələrində çalışmış jurnalist Sergey Zavorotnıya məxsusdur.
Qeyd edək ki, o, 2004-cü ilə qədər Rusiya Dövlət Dumasında fəaliyyət göstərib, daha sonra isə Ukraynanın sabiq baş naziri Nikolay Azarovun mətbuat katibi olub.
Mənbə: musavat.com