ABŞ-da bütün uçuşlar dayandırıldı – Nə baş verir? – Video

ABŞ-da bütün uçuşlar dayandırıldı – Nə baş verir? –

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə üzrə bütün hava limanlarında uçuşların dayandırılması barədə tətbiq etdiyi qərarı dörd saatdan çox müddətdən sonra ləğv edib.

FAA təhlükəsizlik səbəbləri və fövqəladə hallar ilə əlaqədar ölkə ərazisində bütün hava limanlarından təyyarələrin havaya qalxmasını müvəqqəti dayandırmışdı.

Qurumun yaydığı ilkin xəbərdarlıqda bütün uçuşların növbəti bildirişədək dayandırılması, xaricdən ABŞ-a gələn beynəlxalq reyslərlə bağlı qərarların isə fərdi qaydada qəbul edilməsi nəzərdə tutulurdu.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi bildirib ki, hava hərəkətinin idarə edilməsi mərkəzlərində radiolokasiya rabitəsinin işindəki qeyri-sabitlik nasazlığa və uçuşların dayandırılmasına səbəb olub. Daffi əlavə edib ki, Federal Mülki Aviasiya İdarəsinin (FAA) uçuşları dayandırmaq barədə sərəncamı verildiyi an havada 3 500-dən çox təyyarə olub.

Mənbə: bizim.media