Bakıda 13 yaşlı qız bıçaqlanıb.
Oxu.Az-a istinadən xəbər verilir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib.
Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə: qafqazinfo.az