Sankt-Peterburqda qadınlara yardım mərkəzinin yaxınlığında keçmiş sevgilisini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlı Yaqub Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburqun Kalinin Rayon Məhkəməsinin qərarı ilə Yaqub Süleymanov 2027-ci il yanvarın 11-dək həbs edilib.
İstintaqın versiyasına əsasən, noyabrın 12-də təqsirləndirilən şəxs Vavilovlar küçəsində 27 yaşlı qadını təqib edərək ona yaxınlaşıb və azı səkkiz bıçaq zərbəsi endirib. Zərərçəkmiş aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.
Mərhumun beş yaşlı oğlunun qaldığı və onun gələcək taleyinin qəyyumluq orqanları ilə məhkəmə tərəfindən həll ediləcəyi bildirilir.
Mənbə: bizim.media

