Fransada etiraz aksiyaları davam edir. Ölkə üzrə keçirilən aksiyalar zamanı 144 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, paytaxt Parisdə əsas yürüş sakit şəraitdə keçib. Lakin aksiya Nation meydanında başa çatarkən gərginlik yaranıb.
Ən mürəkkəb vəziyyət Marsel şəhərində qeydə alınıb. Etirazçıların bir qismi razılaşdırılmış yürüş marşrutundan kənara çıxıb. Şəhər küçələrində zibil konteynerləri və avtomobillər yandırılıb.
Bizim.Media
Mənbə: bizim.media