Zanzibarda (Tanzaniyanın tərkibində olan muxtar arxipelaq. Şərqi Afrikada, Hind okeanında yerləşir) baş verən güclü yanğın nəticəsində altıdan çox turist hoteli tamamilə yanıb.
Yanğın Zanzibarda, Unguca adasının şimalında, Nunqvi sahili boyunca baş verib.
Alov hotellərlə yanaşı, suvenir mağazalarını da məhv edib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.
Mənbə: bizim.media