“102”yə zəng edən 61 yaşlı kişi həbs olundu

“102”yə zəng edən 61 yaşlı kişi həbs olundu

Astarada lüzumsuz yerə DİN-in 102 xidmətə dəfələrlə zəng edib xidmətin iş rejimini pozan şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.

Xitab24.az-a istinadla xəbər verilir ki, araşdırmalarla əməli törədənin 1965-ci il təvəllüdlü şəxs olduğu müəyyənləşib.

Sərxoş vəziyyətdə sözügedən əməli törədən şəxs, daha sonra polisin qanuni tələbinə məhəl qoymaraq tabesizlik göstərib. O, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Mənbə: publika.az