Zaqatalada 80 yaşlı kişi meşədə itkin düşdü - Video

Zaqatalada 80 yaşlı kişi meşədə itkin düşdü -

Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfər itkin düşüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Xəlil Mustafa oğlu Mustafayevin axtarışlarına cəlb olunub.

Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

Mənbə: qafqazinfo.az