Bakıda ərzaq mağazasında yanğın olub

Bakıda ərzaq mağazasında yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ərzaq mağazasında 1 ədəd soyuducu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: az.trend.az