Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərindəki yaşayış binalarına zərbələr endirib.
Bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Bildirilib ki, hücum nəticəsində ikimərtəbəli evin iki bloku dağılıb, azı 5 fərdi ev zərər dəyib, azı beş nəfər yaralanıb. Eyni zamanda, ölkənin Sum vilayətinin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub.
Mənbə: axar.az