İlin fotosu seçildi...

İlin fotosu seçildi...

2024-cü ildə Qəzza zolağına hücum zamanı qollarını itirən 9 yaşlı fələstinli uşağın fotosu "İlin fotosu" seçilib.

Seçimlər "World Press Photo" tərəfindən edilib.

Ürək parçalayan fotonu fotoqraf Samar Abu əl-U çəkib. Fotoda daha sonra ailəsi ilə birlikdə Qətərə təxliyə edilən Mahmud Ajur əks olunub. Orada oğlan lazımi müalicəni alıb, hazırda telefondan istifadə etməyi, yazı yazmağı, ayağı ilə qapını açmağı öyrənir.

Fotonun müəllifinin qeyd etdiyi kimi, bu layihə üzərində işləmək çətin təcrübə olub. Qadın Qəzzadan kənarda fələstinlilərin həyatındakı çətinlikləri göstərməyə çalışıb.


Mənbə: unikal.az