Azərbaycanlı jurnalistin nəşi önündə ukraynalılar diz çökdü - Video

Azərbaycanlı jurnalistin nəşi önündə ukraynalılar diz çökdü - Video

Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəylinin nəşi Vətənə yola salınıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, jurnalistin nəşi dünən Kiyevdən Kişinyova yola salınıb. Moldovadan birbaşa reyslər ləğv olunduğundan nəş Türkiyəyə göndəriləcək. Sabah günün ikinci yarısında isə İstanbul-Bakı reysi ilə Vətənə gətiriləcək.

Qeyd edək ki, Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli martın 29-da ürək tutmasından vəfat etmişdi.

Mənbə: axar.az