Rusiya təyyarəsi qəzaya uğradı - VİDEO

Rusiya təyyarəsi qəzaya uğradı -

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra Stavropol diyarında qəzaya uğrayıb.

4 ekipaj üzvü katapult etməyi bacarıb, onlardan 3-ü sağ tapılıb, daha bir pilotun axtarışı aparılır.

İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarənin göyərtəsində heç bir sursat olmayıb. 

Mənbə: yenisabah.az