Neftçalanı sel vurdu - 20 heyvan məhv oldu

Neftçalanı sel vurdu - 20 heyvan məhv oldu

Dünəndən yağan yağış Neftçala rayonunda fəsadlara səbəb olub.

Rayonun Bankə qəsəbə sakini Ziyafət Musayevin şəxsi təsərrüfatına böyük ziyan dəyib. Belə ki, onun 20-dən çox xırdabuynuzlu heyvanı suda boğularaq tələf olub.

O, məsələ ilə bağlı müvafiq qurumlardan kömək istəyir.

Elnur

Mənbə: www.bakupost.az